Azərbaycanın tanınmış rəssamı Əsgər Əsgərov dünyasını dəyişib.
"Qaynarinfo" Trend-ə istinadən xəbər verir ki, bu barədə rəssamın yaxınları bildiriblər.
Ə.Əsgərov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1975-1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil alıb. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1994-cü ildə isə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunub.
1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində, eləcə də Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak edib. Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.
Ə.Əsgərov Bakı Rəssamlıq Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olub.
Allah rəhmət eləsin!
Qaynarinfo.Az
Şərhlər