Sağlamlıq 11:34 15.03.2020

Azərbaycanın Türkiyədəki səfiriliyi koronovirusla əlaqədar “Qaynar xətt” xidməti yaradı

Türkiyədəki Azərbaycan Səfiriliyi koronovirus infeksiyasının yayılma riskilə əlaqədar operativ "Qaynar xətt” xidməti yaradıb.

APA-nın məlumata görə, dünən gecə saatlarında səfirilik opertaiv xidmətə başlayıb.

Səfiriliyin mətbuat katibi Elvin Süleymanlı APA-ya bildirib ki, yüzlrlə müraciət edənlər var. Onlar daha çox qısamüddətli səfər edənlərdir: "Müraciət edənlərin siyahısı tutulur. Aralarında dönüş biletləri olanlar çoxdur. Uçuş tarixi və saatı bəlli olduqdan sonra vətəndaşlarımızla əlaqə yaradılacaq və onlar Azərbaycana göndəriləcək”.

Səfiriliyin mətbuat xidmətindən bildirlib ki, Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımızın mümkün müraciətləri +905372826740 "Qaynar xətt"indən cavablandırılır. 

Qeyd edək ki,  Türkiyə və Azərbaycan prezidentlərinin arasında hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin  dayandırılması ilə əlaqədar telefon danışığı olub.