Sənət 20:05 16.07.2016

Azərbaycanın Xalq artisti əməliyyat olundu

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti, professor Bəsti Cəfərova cərrahiyyə əməliyyat keçirib. 

O, səhhətinin yaxşı olduğunu bu sözlərlə dilə gətirib: "Şükür ki, əməliyyatım müvəffəqiyyətlə keçdi. Sağlığıma qovuşdum. Başda Mərkəzi Dənizçilər (Kaspar) Xəstəxanasının cərrahı Edqar Rüstəmova, anestezioloq, sinif yoldaşım Münasib Məmmədova və bütün tibbi personala göstərdikləri qayğıya görə öz dərin minnətdarlığımı bildirirəm. Birdə əvvəldən sona kimi yanımda olduğu üçün həmkarım, dostum, qardaşım Cəfər Namiq Kamala xüsusi minnətdarlığımı bildirirəm. Allah belə dostları mənə çox görməsin! Yaxşıyam!" (primetime.az)

Qaynarinfo.Az