Foto 10:42 18.10.2018

Azərbaycanın yeni turizm brendi təqdim olundu (FOTO)

Bakı Konqres Mərkəzində keçirilən 2018 Milli Turizm Sammitində Azərbaycanın yeni turizm brendi təqdim olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin brend və marketinq üzrə direktoru Fidan Əliyeva məlumat verib.

O, bildirib ki, sözügedən brendin yaradılmasında məqsəd ölkəmizi xaricdə daha yaxşı tanıtmaqdır.

Turizm brendi 5 noyabrda Londonda beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Brendin sloqanı isə "Bir daha baxın"dır ("Take another look").
 
****
Bakı Konqres Mərkəzində keçirilən 2018 Milli Turizm Sammiti keçirilib.

Qaynarinfo xəbər verir ki, Sammiti giriş sözü ilə açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın turizm potensialının təbliğ edilməsində yeni mərhələnin başladığını diqqətə çatdırıb.

"Bildiyiniz kimi Dövlət Turizm Agentliyi çox gənc bir qurumdur. Yeni yaradılan bir qurum üçün 7 ay elə də böyük zaman deyil. Bu müddət ərzində deyə bilərəm ki, xeyli işlər görə bilmişik. Biz mövcud problemlərlə yaxından tanışıq və Dövlət Turizm Agentliyi olaraq bu problemlərin həlli istiqamətində hərtərəfli işlər görürük. Ölkənin turizm imkanlarını geniş auditoriyalara çatdırmaq üçün fəaliyyətimizi artırmalıyıq".