Foto 12:00 02.02.2018

Azərbaycanlı aktrisa nişanlandı (FOTOLAR)

Tanınmış aktrisa Nigar Babayeva subaylığın daşını atıb.

Qaynarinfo-nun məlumatına görə, yenicag.az-a açıqlama verən aktrisa sevib-seçdiyi oğlanla nişanlandığını deyib:

"Uzun illərdən bəri sevgi yaşayırdıq və bunu rəsmiləşdirdik. O, sənət aləminin adamı deyil. Ailə qurandan sonra da sənətimlə məşğul olacam. Nişanlım da "məni ya sənət, ya mən” dilemması qarşısında qoymayıb, sənətimə dəstəkdir. Baxmayaraq ki, çox qısqancdır, amma bununla belə mənə sənətdə qadağalar qoymayıb. Bilir ki, aktrisa kimi hansı uğuru qazanmışamsa, öz gücümə etmişəm və buna görə də mənə etibarı var”.

Aktrisanın sözlərinə görə, cütlüyün toy mərasimi yayda olacaq.