Qaynar.info xəbər verir ki, “Toy gecəsi”nin Səbinəsi burada da baş qəhrəmanı – Aynur obrazını canlandırır. “Vostok dlya çaynikov” serialında onun atasını “Taqanka” teatrının peşəkar aktyoru, milliyətcə azərbaycanlı olan Timur Bədəlbəyli, qardaşını VGİK-in (Moskva Ali Kino məktəbi) tələbəsi İslam İsabaqandov, ögey anasını məşhur rus aktrisası Nataliya Qudkova, bacılığını gənc aktrisa Elizaveta Kononova və ögey qardaşını Ruslan Şedrin canlandırırlar.
Serialın rejissoru məhz “Toy gecəsi”ndəki oyununa görə Dəniz Tacəddinə dəvət göndərən, bir sıra məşhur reklam çarxlarından və kliplərdən tamaşaçılarımızın yaxşı tanıdığı, uzun illər Bakıda yaşamış, artıq 8 ildir ki, Almaniyada fəaliyyət göstərən Stanislav Rubeçik, quruluşçu operatoru isə Murad Qaziyevdir. Komediya janrında olan “Vostok dlya çaynikov”un süjet xətti ailə-məişət mövzusundan bəhs edir. Anası vəfat etdiyi üçün qızını uşaqlıqdan kəndə - nənəsinin yanına göndərən ata qız böyüyüb şəhərə qayıtdıqdan sonra cavan, 2 uşaqlı qadınla evlənmək qərarına gəlir. Aralarında güclü sosial fərq olan hər iki ailənin övladları bu reallığı heç cür qəbul etmir, aralarındakı gündən-günə artan konfilkt və mübahisələr gülüş doğurur.
“Çox maralı bir layihədir. İnanıram ki, tamaşaçılar bu serialı maraqla izləyəcək, hər yeni bölümünün yayımını səbirsizliklə gözləyəcəklər” deyə Dəniz Tacəddin mətbuata aşıqlamasında qeyd edib.
Qaynar.info
Şərhlər