Maqazin 15:02 03.03.2019

Azərbaycanlı aktrisa Türkiyədə aparıcılıq edəcək (FOTO)

Aktrisa və yazıçı Gülay Hüseynova Türkiyədə aparıcılığa başlayır.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, o, "TV 360"da yayımlanan "Pazardayız" adlı yarışma proqramının aparıcısı olacaq.

Veriliş 4 mart tarixindən hər gün günorta yayımlanacaq.

Qeyd edək ki, Gülay sonuncu dəfə "Show" TV-də yayımlanan "Yeni Gelin" serialında oynamışdı. Aktrisa eyni zamanda iki kitabın müəllifidir.