Sənət 15:03 26.08.2020

Azərbaycanlı aktrisa Türkiyənin məşhur serialında

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova yeni serialda rol alacaq.

Qayanrinfo xəbər verir ki, o,yeni mövsümdə "Kanal7"də efirə gedən məşhur "Yemin" serialı ilə tamaşaçıların qarşısına keçəcək.

Aktrisa ekran işində Narinin anası Münəvvəri canlandıracaq. "Yemin" yaxın günlərdə növbəti mövsüm bölümlərini yayımlamağa başlayacaq.