Maqazin 10:34 29.03.2018

Azərbaycanlı aktyor iş adamı oldu

Gənc aktyor Qərib Nəsibov sənətdən gedib.

Qaynarinfo xəbər verir ki, bu haqda Milli.Az-a aktyorun özü məlumat verib.

"Mən uzun müddətdir ki, aktyorluq sənəti ilə məşğul idim. İncəsənət universitetinə daxil olanda məndə inanılmaz sevinc hissi var idi. Amma illər keçdikcə bu sevinc hissi təəssüf hissi ilə əvəzləndi. Bir neçə serialda, filmdə, klipdə çəkilsəm də bunlar məni bir aktyor kimi qane etmirdi. Bu sahəyə naşı insanların, yoldan keçən insanların gəlməsi isə məni aktyorluq sənətindən qəti uzaqlaşdırdı. Həm də bir aktyor kimi mənə yaradılan imkanlar çox bəsit idi. Buna görə də sənətdən getdim və hazırda şəhərdəki restoranlardan birinə qardaşımla sahiblik edirik. Artıq indi arzuladığım sənətlə məşğulam", - deyə keçmiş aktyor bildirib.