Maqazin 18:27 03.09.2018

Azərbaycanlı aktyor nişanlandı

Aktyor Elsevər Camal subaylığın daşını atmağa hazırlaşır. 

Qaynarinfo axşam.az-a istinadən bildirir ki, aktyor nişanlanıb. Onun nişan mərasimi ötən gün şəhər restoranlarından birində keçirilib. 

Elsevər gələcək həyat yoldaşı ilə fotosunu "Xoşbəxt sonluğa son bir gediş qaldı" sözləri ilə paylaşıb. 

Qeyd edək ki, Elsevər bir çox komediya filmlərində rol alıb. O, eyni zamanda, ssenaristdir.