Maqazin 19:39 31.01.2021

Azərbaycanlı aktyorla aktrisa nişanlandı (FOTO)

Uzun müddətdir sevgili olan aktyor İbrahim Çingiz və Aydan Axundova cütlüyü nişanlanıb.

Qaynarinfo xəbər verir ki, bu haqda aktrisa "Instagram" hesabında paylaşım edib.

Aydan eyni zamanda onları təbrik edən dostlarına və izləyicilərinə təşəkkür bildirib:

"Bizi təbrik edən, səmimi qəlbdən bizə görə sevinən, xoşbəxtlik arzu edən və gözəl sözlər yazan insanlara ən xoş arzularımızı çatdırırıq, çox sağ olun, Allah hər birinizi bəxtəvər etsin. Saf qəlblə sevgi axtaran hər kəsə ən gözəl sevgi qismət olsun, İnşallah.

Neqativ, təhqir və bəd sözlər yazanlar isə elə bilin o sözləri özünüzə və yaxınlarınızın ünvanına yazırsız. Bizi bunu demək məcburiyyətində buraxdınız, çünki aylardır dinmədən, cavab vermədən çirkin sözlərinizə göz yumduq. Özünə hörmət edən insan başqasına qarşı dilinə bəd ifadələr gətirməz.

Odur ki, yazdığınız hər sözü öz ünvanınıza yazmış olursunuz - həm yaxşı, həm pis”.

Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur.