Video 15:03 26.07.2018

Azərbaycanlı aparıcının evinə oğru girdi: Anbaan görüntülər (VİDEO)

Tanınmış azərbaycanlı teleaparıcı Lamiyə Ələkbərovanın evindən oğurluq edilib.

Qaynarinfo minval.info-ya istinadən xəbər verir ki, bu barədə L.Ələkbərova özü məlumat verib. Teleaparıcı bildirib ki, onun oğlunun velosipedi oğurlanıb:

"Bu şərəfsiz oğrudur. Dünən saat 15:46 radələrində bizim qapıdan oğlumun velosipedi oğurlayıb. Bu bizim qapıdan oğurlanan ikinci velosipeddir. Artıq polisə müraciət etmişik, görüntüləri də vermişik”.