Video 13:03 24.10.2017

Azərbaycanlı avtoritet saxlanıldı (VİDEO)

Tiflis ətrafında keçirilən xüsusi əməliyyat zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları hədə-qorxu ilə tələbetmə maddəsi ilə ittiham edilən Azərbaycan vətəndaşını saxlayıblar.

"Qaynarinfo" xəbər verir ki, bu barədə Report-a Gürcüstan DİN-in mətbuat xidmətindən məlumat verilib.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 1986-cı il təvəllüdlü B.M.-ni ölümlə hədələyərək, ondan 2 min ABŞ dolları tələb edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri zərərçəkən zəruri miqdarda pulu onlara verməzdən əvvəl saxlayıb.

Nazirlik özünü böyük oğru ailəsinin oğlu, gəncəli "Malış krıtnıy" kimi təqdim edən Azərbaycandan olan şübhəli şəxsin zərərçəkənə özünü təqdimetmə  anının görüntüsünü də yayımlayıb. Təqsirləndirilən şəxsin dediyinə görə, onu Gürcüstana "oğrular" göndərib və pulları ona vermək lazımdır.

Bu gün təqsirləndirilənlərə rəsmi şəkildə ittiham irəli sürüləcək.

Bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilənlər 4 ildən 7 ilə qədər həbs cəzasına məhkum edilə bilərlər.

 
Qaynarinfo.Az