"Forbes" jurnalı Rusiyanın ən zəngin 25 qadınının yeni reytinqini açıqlayıb.
Virtualaz.org bildirir ki, siyahıda Azərbaycanlı iş adamı, milyarder Vahid Ələkbərovun xanımı Larisa Ələkbərova isə 180 milyon dollar sərvətlə reytinqdə 23-cü yerdə qərarlaşıb. O, şirkətdə kiçik bir səhmə sahibdir, lakin il ərzində neft şirkətinin dəyəri öz səhmlərinin yenidən satın alınması ilə əlaqədar artıb.
Bildirilir ki, ilk yerdə "İnteko” investisiya- tikinti korporasiyasının keçmiş sahibi, eləcə də "Qazprom” və "Sberbank”ın səhmdarı Yelena Baturinadır. O, 1,2 milyard dollar sərvətin sahibidir
İkinci yerdə 1 milyard dollarla "Wildberries” internet-mağazanın sahibi Tatyana Bakalçuk qərarlaşıb. Sankt-Peterburqdan olan milyarder Yuri Kovalçukun xanımı Tatyana Kovalçuk 600 milyon dollarlıq sərvəti ilə siyahıda üçüncü yerdədir. Kovalçuklar ailəsi həmçinin prezident Vladimir Putinə yaxınlığı ilə seçilir.
Şərhlər