Xəbər lenti

Azərbaycanlı blogerin Rusiya vətəndaşlığı ləğv edilib, ölkəyə girişi 70 illiyinə yasaqlandı
Ölkə 21:25 27.02.2025

Azərbaycanlı blogerin Rusiya vətəndaşlığı ləğv edilib, ölkəyə girişi 70 illiyinə yasaqlandı

Milyonluq izləyicisi olan azərbaycan əsilli məşhur bloger SUBO Rusiya vətəndaşlığından məhrum edilib.


APA xəbər verir ki, Sübxan Məmmədovun Rusiya vətəndaşlığını qəbul edərkən özü haqqında yalan məlumat verdiyinə RF vətəndaşlığından məhrum edildiyi bildirilib.


Rusiya mətbuatı S. Məmmədovun polis əməkdaşlarını ələ salan videolar yaydığına görə vətəndaşlıqdan məhrum edildiyini yazıb.


Blogerin vərəndaşlığı ləğv olunmaqla yanaşı ona Rusiya Federaasiyası ərazisinə 70 il qadağa qoyulub.


Onun hazırda Birləşmiş Ərəb Əmirləriklərində olduğu bildirilib.


Qeyd edək ki, SUBO ləqəbli blogerin İnstagram sosial şəbəkəsində 13 milyon izləyicisi var.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->