Tarixdə ilk dəfə azərbaycanlı gənc Cənubi Koreyada dövlət məmuru olub.

Gənc soydaşımız Nihat Xəlilzadə Seul İcra Hakimiyyətinin Xarici Vətəndaşların Konsulluğunda vitse-prezident kimi fəaliyyət göstərir. O həmçinin, Qanqnam Bələdiyyəsində Yoksam Qlobal Mərkəzinin direktoru vəzifəsində çalışır. 

Qeyd edək ki, Nihat Xəlilzadə 1992-ci ildə Masallıda anadan olub. 10 ilə yaxındır ki, Cənubi Koreyada yaşayır, Soongsil Universitetinin magistridir. (Modern.az)