Samir Ferrari World Design Contest dizayner müsabiqəsində ikinci yeri tutması ilə tanınır.
Azərbaycanlı dizayner Samir Sadıqov – Türində (İtaliya) Avropa Dizayn İnstitutunun (IED) məzunu Britaniyanın superkarı Aston Martin DBC-nin yeni görünüşünü təqdim edib.
Oxu.Az Sport.1news.az-a istinadən xəbər verir ki, onun təklif etdiyi dizaynda maşının motoru ortada yerləşir, avtomobil arxa təkərlərlə hərəkətə gəlir.
Xatırladaq ki, Samir Sadıqov 2011-ci ildə Ferrari Xezri Competizione Edition layihəsinin Ferrari World Design Contest dizayner müsabiqəsində ikinci yeri tutması ilə tanınır. Bundan başqa, o, Cadillac C-Ville və XTS avtomobillərinin dizaynını hazırlayıb.
Qaynar.info
Şərhlər