Azərbaycanlı döyüşçü rəqibini ölümdən xilas etdi - VİDEO

Azərbaycanlı döyüşçü rəqibini ölümdən xilas etdi - VİDEO

İdmançının bu hərəkəti rəğbətlə qarşılanıb.

Azərbaycanlı idmançı rinqdə rəqibini ölümdən xilas edib. Anspress-in məlumatına görə, qarşılaşma Ukraynada keçirilib. 

Azərbaycanlı qaydasız döyüşçü Bəxtiyar Arzumanov rəqibi Yuri Gamalini ölümdən xilas edib. Döyüşdə idmançımız rəqibinə qarşı boğucu fənd tətbiq edib. Döyüşü qələbə ilə başa vuran idmançımız sonda rəqibinin huşunu itirdiyini görüb. Bunu görən B. Arzumanov Y. Gamalinin dilini tutub və özünə gəlməsinə kömək edib.

Döyüşçünün bu jesti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bəxtiyar Arzumanovun bu alicənab hərəkəti indiyədək sosial şəbəkələrdə müzakirə olunur. 

Qaynar.info


XƏBƏRLƏR
BLOGLAR