Ölkə 14:58 16.05.2018

Azərbaycanlı ekoloq: “Od kəməri” aktivləşsə, vulkan qışı olacaq"

Vulkan püskürməsi nəticəsində Havay adalarını lava qatı örtməyə və çatlar yaranmağa başlayıb. Hazırda belə çatların sayı on yeddi ədəddir. Çatların ümumi uzunluğu bir kilometrə bərabərdir. 

Yerli nümayəndələr Halekamahina adasının tam boşaldılması ilə bağlı qərar qəbul edib və tarixin ən güclü vulkan püskürməsinin baş verəcəyi ilə bağlı xəbərdarlıq elan edilib. 

Havay adalarında "Od kəməri” var ki, o aktivləşsə, nəinki Amerikada, hətta bütün planetdə landşaft dəyişikliyi baş verə bilər. 

Amerikalı geoloqlar yaxın saatlarda çox güclü vulkanın püskürəcəyini bəyan edib.

Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalovun fikrincə, alimlərin onilliklər boyu buranı öyrənməsi onların hər şeyi bilməsi demək deyil. 

Onun sözlərinə görə, vulkanlar həmişə gözlənilməz elementi olan təbii sistemdir. 

Oxu.az-a danışan ekoloq Havay adalarındakı püskürmənin əsas nəticələrini açıqlayıb:

Əgər Havay adalarındakı "od kəməri” aktivləşsə, nələr baş verəcək?

Region üçün təhlükə 

1. +1000...+2000 °С temperaturda olan və qarşısına çıxan hər şeyi yandıran lavalar bütün binaları, yol infrastrukturunu məhv edəcək. Bəzən lavalar çox sürətli şəkildə hərəkət edirlər. Misal üçün, Niraqonqo vulkanındakı lavalar 100 km/saat sürətlə hərək edirdilər. 



2. Qaz materiallarının qarışığı. 1996-cı ildə Sufrier vulkanı püskürərkən əmələ gələn qaz materiallarının qarışığı yaşayış məntəqəsini tamamilə məhv etmişdi. 

Hazırda bu şəhərin xarabalıqları qalıb.



3. Atmosferə düşən vulkan külü qlobal nəticələrə gətirib-çıxara bilər. Əgər vulkan buludları çox böyük olsa, onlar günəş işığının qarşısını ala və vulkan qışı yarada bilər. 

1815-ci ildə Tambora vulkanının püskürməsi nəticəsində yaranmış buludlar temperaturun qəfil aşağı enməsinə, bu isə öz növbəsində qıtlığa və aclığa səbəb oldu. 



"Bütün bu proseslər qlobal soyuqlaşmanın başlanğıcı ola bilər”, - ekoloq qeyd edib.