Ekonomiks 09:58 28.12.2013

Azərbaycanlı ekspertdən MDB üçün şok təklif

Maliyyə kommunikasiyaları üzrə mütəxəssis Vüqar Xəlilov MDB-də enerji karteli yaradılmasını təklif edilir

Qərb hökumətləri periodik olaraq cənub enerji dəhlizinin yaradılmasında iştirak edən ölkələrə təzyiq edirlər və bütünlükdə götürdükdə, bununla da Avropada siyasi sabitliyi təmin edirlər. Amma həm də prezident Vladimir Putinə və qonşu ölkələrin liderlərinə beynəlxalq-maliyyə investisiya fondu yaradılması təşəbbüsü ilə çıxış etmək üçün səbəb verirlər.

ANS PRESS-in məlumatına görə, bu fikri Rusiyanın “RBK” agentliyinə maliyyə kommunikasiyaları üzrə mütəxəssis, daha öncə “Azadlıq” radiosunda və “BBC”nin London bürosunda işləmiş azərbaycanlı Vüqar Xəlilov bildirib.

Onun sözlərinə görə, bu beynəlxalq fondun təsisçiləri kimi Rusiyanın (“Qazprom”, "Rosneft"), İranın (National Oil Company) , Qazaxıstanın ("Kazmunayqaz") və Azərbaycanın (“SOCAR”) şirkətləri çıxış edə bilər. Yeni maliyyə-investisiya fondunun əsas məqsədi beynəlxalq bazarlarda yüksəkgəlirli, strateji və infrastruktur aktivlərinin alınması ola bilər. Ekspertin fikrincə, həmçinin fondun iştirakçısı olan ölkələr üçün başlıca məqsəd hərbi-iqtisadi önəm daşıyan layihə və tədqiqatların maliyyələşdirilməsi də hesab edilə bilər.

Vüqar Xəlilovun fikrincə, iri dövlət konqlomeratlarının maliyyə-iqtisadi əməkdaşlığının bu cür forması de-fakto iki və ya bir neçə ölkənin qarşılıqlı öhdəliklər və suverenliyə xələl olmadan siyasi-iqtisadi alyansıdır. Onun sözlərinə görə, Rusiya, İran Qazaxıstan və Azərbaycan satış bazarları və boru kəmərləri uğrunda rəqabət aparmaq əvəzinə qarşılıqlı faydalı əməkdaşlıq siyasəti yürüdə bilərlər. Sonucda bu ölkələr dünyadakı mövqelərinin yetərincə gücləndirilməsinə, dünya gündəmi üçün yeni qərar qəbulu mərkəzinin yaradılmasına nail ola bilərlər.

Rusiya-İran-Qazaxıstan-Azərbaycan formasiyası əsasında Xəzər enerji kartelinin yaradılması Avrasiyada geosiyasi proseslərin bölgədə yerləşən ölkələrin maraqları zəminində idarə edilməsi məqsədi ilə Avrasiya geosiyasi əlaqələndirilməsinin formalaşdırılması üçün perspektivlər açır. Burada Avrasiyanın enerji-mineral resurslarının qərb tərəfindən rahat istehlakını təmin edən geosiyasi şəraitin yaradılmasını təbliğ edən Bzejinsk doktrinasına əks doktrinadan söhbət gedir.

"Avrasiya inhisarçılarının yardımı ilə başqa gerçəkliyin yaradılması üzrə Vladimir Putinin təşəbbüsləri Moskvanın təsirinin bütün istiqamətlərə ixracı üçün lazımi şərtləri təmin edər və Rusiya sərhədlərinin yaxınlığında közərən etnik münaqişələri söndürməyə imkan verə bilər", - deyə ekspert vurğulayıb.

Qaynar.info