Azərbaycanlı ermənini rinqə çıxmağa peşman etdi (FOTOLAR)

Azərbaycanlı ermənini rinqə çıxmağa peşman etdi (FOTOLAR)

Azərbaycan əsilli boksçu Elnur Səmədov Rusiyada keçirilən WBA Continental titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayk Şaxnazaryanı məğlub edib.

9 raund davam edən döyüş Azərbaycan idmançısının aşkar üstünlüyü şəraitində keçib.

Elnur Səmədov 9-cu raundda ermənistanlı boksçunun görüşü davam etdirə bilməyəcəyini bildirməsindən sonra, hakimlərin yekdil qərarı ilə "WBA Continental" kəmərinə layiq görülüb.

Görüşdən sonra çoxsaylı bədən xəsarətləri alan Ayka Şahnazaryana tibbi yardım göstərilib.

Yarış Floyd Meyveyzer Boks Akademiyasının təşkilatçılığı ilə baş tutub. ("Report")

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR