İdman 12:00 18.03.2018

Azərbaycanlı futbolçu Çexiyada dubl etdi

Azərbaycanlı futbolçuların çıxış etdiyi Çexiyanın "Slaviya" klununun U-20 komandası yoxlama oyunu keçirib. 

Qaynarinfo xəbər verir ki, Praqa təmsilçisi "Litomerjits”lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

30-cu dəqiqədə meydana çıxan Fərid Nəbiyev komandasının hər iki qoluna imza atıb. O, matın 51 və 57-i dəqiqələrində rəqib qapısına yol tapıb.

"Slaviya"nın digər azərbaycanlı futbolçuları - Amin SeydiyevRövlan Muradov 90 dəqiqə meydanda olub.