Foto 21:30 04.03.2020

Azərbaycanlı futbolçu "Qalatasaray"ın akademiyasına qəbul olundu (FOTO)

Gürcüstanın Marneuli rayonunun "Gənclik” futbol məktəbinin yetirməsi İlkin Əhmədov Türkiyənin "Qalatasaray” futbol klubunun 18 yaşlılardan ibarət yığmasına dəvət alıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə "Gənclik" futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılov məlumat verib.

Onun sözlərinə görə, İ.Əhmədov həmin yığmada yoxlamadan keçib və ona klubun vəsiqəsi verilib.

Ə.İsmayılov bildirib ki, gənc futbolçunun uğurunda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneulidə yaradılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) xüsusi rolu olub.

O, GAİM-ə yaratdığı şəraitə görə təşəkkür edib.