Ekonomiks 11:28 09.01.2019

Azərbaycanlı gənc mütəxəssisə Tacikistanda vəzifə verildi

Azərbaycanın turizm və otelçilik üzrə tanınmış ekspertlərindən olan İlkin Rüstəmov dünyanın qabaqcıl otel şəbəkələrindən olan "Serena Hotels Group”da vəzifəyə təyin edilib.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, bu qrup öz idarəçiliyində dünya üzrə 40-dan artıq lyuks sinfinə daxil olan otellər şəbəkəsini birləşdirir.

İlkin Rüstəmov "Serena Hotels Group”un Tacikistanın paytaxtı Duşanbə şəhərində yerləşən və bu ölkənin ən prestijli otel-turizm kompleksi olan "Serena Hotel Dushanbe”nin Satış və Marketing Departamentinin Direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, İlkin Rüstəmov bundan öncə Azərbaycanda Fairmont Hotels, Rixos Hotels, Absheron Hotel Group and PMD Hospitality Group-da Satış və Marketing üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

O, həmçinin çoxsaylı beynəlxaq turizm sərgilərinin iştirakçısı olub və ölkəmizin turizm potensialının tanıdılması üzrə fəal turizm peşəkarlarından biridir.