Texnologiya 16:13 21.08.2017

Azərbaycanlı gənclər maraqlı sosial şəbəkə yaratdılar

Üç azərbaycanlı gənc - Rasim Əliyev, Teymur Bağırlı və Tural Qurbanov kinosevərlər üçün sosial şəbəkə yaradıblar.

"Qaynarinfo“ oxu.az-a istinadən xəbər verir ki, "Raters” adlı sosial şəbəkə avqust ayının 17-də “İOS” platformasında designnominees.com tərəfindən günün “app”ı seçilib.

“Raters” - inandığınız insanların rəylərinə istinad edərək maraqlı kinoları tapmaq üçün sadə və əyləncəli yoldur. Kinoları siyahınızda yadda saxlaya, xoşunuza gələnləri dostlarınızla bölüşə və digərlərinin hansı kinoya baxdıqlarını öyrənə bilərsiniz.

Qaynarinfo.Az