İdman 22:36 09.04.2018

Azərbaycanlı hakim Avropa çempionatına təyinat aldı

FİFA referi köməkçisi Rza Məmmədov Avropa çempionatına təyinat alıb.

Oxu.Az xəbər verir ki, o, İngiltərədə keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində hakimlik edəcək. 

Qeyd edək ki, U-17-lər arasında Avropa çempionatının final mərhələsi mayın 4-dən 20-dək keçiriləcək.