İdman 12:11 22.07.2018

Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev avrokuboklara növbəti təyinatını alıb.

Qaynarinfo xəbər verir ki, Xudiyev Avropa Liqasının II təsnifat mərhələsinin "Sutyeska” (Monteneqro) - "Alaşkert” (Ermənistan) oyununda hakimlərin işinə qiymət verəcək.

Oyunun baş hakimi isveçrəli Alen Byeri olacaq. Ona Yan KobeliSertac Kurnazka yardım edəcək. Dördüncü hakim funksiyasını Urs Şnayder yerinə yetirəcək.

İyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki "Qradski” stadionunda keçiriləcək "Sutyeska” - "Alaşkert” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.