Xəbər lenti

Azərbaycanlı hakim Fənərbağça Sloveniya oyununu idarə edəcək
İdman 20:41 27.01.2026

Azərbaycanlı hakim Fənərbağça Sloveniya oyununu idarə edəcək

Fənərbağça Medicana voleybol komandası CEV Kubokunun 1/8 final mərhələsinin cavab oyununda Sloveniyanın OK Alpacem komandasını qəbul edəcək.

Qarşılaşma sabah saat 19:00-da start götürəcək.

Görüşü azərbaycanlı hakim Eldar Əliyev və yunanıstanlı hakim Alexandros Avramidis idarə edəcək.

İlk oyunda rəqibini 3-1 hesabı ilə məğlub edən Fənərbağça, cavab qarşılaşmasında iki set qazanacağı təqdirdə pley-off mərhələsinə yüksələcək.

Qafqaz
--> -->