İdman 20:49 03.09.2018

Azərbaycanlı hakim İslandiya-Estoniya matçını idarə edəcək

Azərbaycanlı hakim İslandiya-Estoniya matçına təyinat alıb.

Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupunda, sentyabrın 6-da keçiriləcək İslandiya – Estoniya oyununun baş hakimi Rəhim Həsənov olacaq. Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.