Azərbaycanlı hücumçu Tailand klubuna keçir

Azərbaycanlı hücumçu Tailand klubuna keçir

Futzal üzrə Azərbaycan çempionu "Araz” hücumçusu ilə yollarını ayırıb. 

Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, Azərbaycan millisinin də formasını geyinən Xətai Bağırov karyerasını ölkə xaricində davam etdirməyə qərarı verib. 

Bu gün Tailanda yola düşən X.Bağırov "Sisaket” klubu ilə 6 aylıq müqavilə imzalayacaq. Hazırda yaxşı günlərini yaşamayan klub uğursuzluq zolağından çıxmaq üçün Xətai Bağırovla bərabər braziliyalı futzalçılar da transfer edəcək.


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR