Video 18:03 13.06.2018

Azərbaycanlı icra başçısı bu videoya görə həbs edildi: alçaldıb videoya çəkdilər (VİDEO

Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumata görə, Marneuli şəhərinin meri Temur Abazov bir şəxsə qarşı qrup halında alçaldıcı və ya qeyri-insani münasibəti törətməkdə günahlandırılaraq barəsində cinayət işinə başlanıb. Onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Tiflisdə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. 

Ehtimal edilir ki, E.Allahverdiyev Marneuliyə geri döndükdən sonra merin adamları ona qarşı qeyri-insani və alçaldığı hərəkətlər edərək videoya çəkiblər. Belə ki, onu öz sidiyi ilə üzünü yumağa və öz arvadını söyməyə məcbur ediblər və bütün bunları videoya çəkiblər. 

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb. Bundan sonra Temur Abazov saxlanılıb.