İdman 14:11 23.11.2013

Azərbaycanlı idmançı ermənini nakauta saldı


Azərbaycanlı idmançı erməni rəqimini məğlub edib.

Ans press-in verdiyi məlumata görə, Qazax rayonundan olan 13 yaşlı Kənan Davidov ötən gün Gürcüstanda yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə iştirak edib. 45 kq çəki dərəcəsində Kənanın rəqiblərinin hər 3-ü erməni əsilli idmançılar olub.

7 kəndi işğal altında olan Qazaxın yetirməsi bu fürsəti boşa verməyib. Rəqiblərindən birini nakautla, digərlərinə isə üstün döyüş nümayiş etdirməklə qələbə qazanıb.

Turnirin qalibi Kənan Davidov qələbənin onun üçün çox böyük əhəmiyyət daşıdığını deyib. "Hər 3 görüşüm erməni ilə oldu. Onlardan birini nakautla yerə sərdim. Ötən ildə Gürcüstanda ermənini nakautla udmuşdum”.

Kənan ilə birlikdə bu turnirdə Azərbaycan Əlbəyaxa Döyüş Federasiyasını təmsil edən 6 idmançının hamısı mükafatla qayıdıb. Bunlardan 50 kq-da Vüqar Bayramov 2-ci , 55 kiloqramda Vüqar Musayev, İqbal Quliyev, 60 kq-da Rəhim Əhmədov, 65-kq da isə Kərim Əhmədov 3-cü yer ilə kifayətlənməli olublar.

Qeyd edək ki, 18 ildir yaranan Azərbaycan Əlbəyaxa Döyüş Federasiyası Qazaxda 68 kvadrat metrlik bir sahədə yerləşir. Şəraitin olmamasına baxmayaraq, federasiya prezidenti Azər Əhmədov çox həvəslə tələbələr yetişdirdiyini deyir.

Azər Əhmədov eləcə də bildirib ki, hazırda 4 idmançımız konfu üzrə Dünya Çempionatına hazırlaşır.

Qaynar.info