İdman 10:24 17.02.2014

Azərbaycanlı idmançılar Soçi Olimpiadasında çıxış etdilər – FOTOLAR


24 cütlüyün mübarizə apardığı yarışda idmançılarımız 58,15 xal qazanıblar

Fevralın 16-da Soçi Qış Olimpiya Oyunlarının 10-cu günündə  cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar başlayıb.

Qaynar.info Modern.az-a istinadən xəbər verir ki, “Aysberq” Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış ediblər.

Azərbaycan idmançıları Yuliya Zlobina – Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulublar.

İyirmi dörd cütlüyün mübarizə apardığı yarışda idmançılarımız 58,15 xalla 14-cü pillədə qərarlaşıblar.

Duetimiz fevralın 17-də sərbəst proqram üzrə yarışacaq.

Qeyd edək ki, qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü olub. Kanadalı Tessa Virtue – Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Elena İlinix – Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutub.

Qaynar.info