İdman 12:40 06.06.2020

Azərbaycanlı iş adamı "AZE Nakchivan-Köln" klubu üçün 800 min avroluq stadion tikdirir

Türkiyədə yaşayan iş adamı, ARS SPOR şirkətinin rəhbəri Elşən Rəsulov Almaniyada fəaliyyət göstərən ""AZE Nakchivan-Köln" Futbol Klubuna dəstək verib. 

Bu barədə Qayanrinfo-ya klubun mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, iş adamı yeni yaradılmış kluba Kölndə süni ot örtüklü stadion inşa etmək arzusunda olduğunu bildirib. Klubla razılıq baş tutandan sonra "AZE Nakchivan-Köln" rəhbərliyi stadionun inşası Köln şəhər bələdiyyəsi ilə danışıqlara başlayıb. Artıq texniki məsələlər Köln bələdiyəsi ilə razılaşdırılıb. 

Mütəxəssislərin bildiriyinə görə, belə bir stadionun Kölndə tikintisi 800 min avroya başa gələcək. 

Onu bildirək ki, Elşən Rəsulov öz sahəsində uğur qazanmış gənc iş adamıdı. O, Türkiyənin İstanbul şəhərində idman komplekslərinin inşası ilə məşğul olan ARS SPOR şirkətinin sahibidi. Bu şirkət indiyə qədər dünyanın 70-dən çox ölkəsində futbol, basketbol, tennis, golf və sait idman növləri üçün nəzərdə tutulmuş komplekslər inşa edirlər.

Elşən Rəsulov Avropada tanınan Belçikada yerləşən ULB Universitetini bitirib.