Ekonomiks 19:53 17.03.2018

Azərbaycanlı iş adamı milyardlıq otelini 3 dəfə ucuza satır

"AST Telman” adı ilə tanınan, Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovla bağlı qalmaqallar səngimir.

Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, İsmayılovun Türkiyənin kurort zonası Antalyadakı "Mardan Palace” oteli satışa çıxarılıb.

7 ulduzlu otelə 400 milyon dollar qiymət qoyulub. Oteli "Rixos” otellər şəbəkəsi almaq istəyir. Otel isə iş adamına 1 milyard 400 milyon avroya başa gəlib.