İdman 14:49 06.12.2013

Azərbaycanlı iş adamı “Trabzonspor”un sponsoru oldu


Məşhur türkiyəli müğənni Ebru Gündəşin əri, azərbaycanlı iş adamı Rza Zərrab "Trabzonspor" klubuna dəstək olub.

Qol.Az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, ona məxsus  "Royal Dənizçilik Endüstriyel Makine” A.Ş-la klub arasında sponsorluq müqaviləsi imzalanıb. Müqavilə hələlik 2013/2014 mövsümünü əhatə etsə də, gələcəkdə bunun müddəti artaraq.

R.Zarrab kluba ilkin mərhələdə 3 milyon avro ödəyəcək. Ancaq komanda ölkə çempionatında və Avropa kuboklarında uğurlar əldə edərsə, bu rəqəm artacaq. Müqaviləyə əsasən, “Trabzonspor”un bazası və stadionunda "Royal Dənizçilik"ə aid bannerlər yerləşdiriləcək.

Qaynar.info