Azərbaycanlı jurnalistlər Belarusda oynadı

Azərbaycanlı jurnalistlər Belarusda oynadı

Belarusda səfərdə olan azərbaycanlı jurnalistlər bu gün yerli həmkarları ilə yoldaşlıq oyunu keçirib.

"Qaynarinfo" xəbər verir ki, Belarus yığmasına məxsus bazanın məşq meydanlarından birində keçirilən oyun Bakı vaxtı ilə 20.00-da başladı. Oyun başlamamış kapitanlar bir-birinə xatirə hədiyyəsi təqdim etdi. Bizim hədiyyəmiz Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən verilən Bakı Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının medallarının surəti, eləcə də “Formula-1”in Bakı mərhələsinə həsr olunan köynəklər idi. 

Yerli hakimlərdən birinin idarə etdiyi oyunda hesabı meydan sahibləri açsa da, hissənin sonuna qədər Erkin İbrahimovla Gündüz Abbaszadənin vurduğu qollar hadisələrin axarını dəyişdi. Qısa fasilədən sonra ikinci 25 dəqiqə start götürdü. Belaruslu həmkarlarımız ikinci hissənin ortalarında qapımıza cavab qolu vurdu. Sona hələ xeyli vaxt qalsa da, komandalardan heç biri fərqlənə bilmədi. 2:2 bu oyunun ədalətli nəticəsi idi. 

Bazanın şəraitinə söz ola bilməzdi. Burda bir neçə təbii meydança ilə yanaşı, süni meydançalar da var. Həvəskarlar vaxtını futbol oynamaqla keçirir, bazanın ətrafında isə əyləncə həvəskarları üçün xüsusi zolaqlar salınıb. Belə şəraitin fonunda Belarus yığmasının seçmə mərhələlərdə göstərdiyi nəticələr adamda istər-istəməz təəccüb doğurur. Bu isə artıq başqa söhbətin mövzusudur.

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR