Foto 22:51 04.03.2020

Azərbaycanlı keçmiş vəkil ABŞ dövlət katibindən mükafat aldı (FOTO)

Azərbaycanlı keçmiş vəkil Şəhla Hümbətova ABŞ dövlət katibinin təsis etdiyi "Cəsarətli qadınlar” mükafatına layiq görülüb.

Qaynarinfo  xəbər verir ki, bir az önçə  Şəhla Humbatovaya  "Cəsarətli qadınlar" mükafatı təqdim olunub.

Şəhla xanıma mükafatı ABŞ dövlət katibi Mike Pompeo təqdim edib. 

Tədbir zamanı ABŞ-ın Birinci Xanımı Melania Tramp təbrik nitqi söyləyib.

Qeyd edək ki, 2007-ci ildə təsis olunan mükafat hər il dünyada sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda həyatını təhlükəyə ataraq mübarizə aparan, cəsarət və liderlik nümayiş etdirən qadınlara verilir.

Xatırladak ki, 2019-cu il noyabrın 27-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması, onun vəkilliyinə xitam verilməsi üçün inzibati-iqtisadi məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Dekabr ayında Rəyasət Heyəti müraciətə məhkəmədə baxılanadək Şəhla Hümbətovaya vəkil kimi icraatında olan 9 işi başa çatdırmasına icazə verib.