Ölkə 17:19 09.09.2017

Azərbaycanlı məmur və biznesmen övladlarının toy mərasimləri (FOTOLAR)

Azərbaycanlı məmurlarının bir çoxunun övladları ilə bağlı məlumatlar mediada işıqlandırılır. Bu daha çox hakimiyyətdə təmsil olunan məmurların övladlarının toy mərasimləri ilə bağlı xəbərlərdir.

"Qaynarinfo" goldnews.az-a istinadən bəzi məmur və biznesmen övladlarını toy mərasimlər haqqında məlumatı təqdim edir.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin yeganə qızı Suad Qarayevanın toyu. O, İran əsilli iş adamı Şəhriyarla ailə qurub. Cütlük bir neçə il öncə Londonda tanış olub.


Azərbaycan Millli Aviasiya Akademiyasının prezidenti, akademik Arif Paşayevin mərhum qardaşı Aqil Paşayevin oğlu, Paşa Həyat Sığorta şirkətinin Direktorlar Şurasının sədri Mircəlal Paşayevin toyu. Həmin toy mərasimi “Buta Palace”da qeyd olunub. Xatıladaq ki, prezident İlham Əliyev ailə üzvləri ilə bərabər Mircəlal Paşayevin toyunda iştirak edib.


Xalq rəssamı Hüseyn Əliyevin nəvəsi, Lider TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyevin oğlu Ayxanın toy mərasimi. Lider Jazz 107FM-in baş prodüseri vəzifəsində çalışan Ayxan sevib seçdiyi Leyla adlı xanımla ailə həyatı qurub. Mərasimdə Azərbaycanın bir çox dövlət məmurları və populyar müğənnilər iştirak ediblər.


Kəmaləddin Heydərovun I müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevin toyu Qəbələdə yerləşən “Qafqaz Riverside” otelində keçirilib. Milli Məclisin üzvü Sabir Hacıyevin oğlu Kamal ilə tanınmış iş adamı Bəylər Məmmədovun qızı evlənib.


“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, şirkətin Bakı ofisinin və “PAL süd”ün rəhbəri Mais Mənsimovun qızının toyu. Toy Türkiyədə Çırağan sarayında baş tutub. Mais Mənsimovun qızı Zümrüd Azərbaycanın tanınmış iş adamlarından olan, Zülfüqarlı qardaşlarından biri, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub.


Son zamanlar gündəmi zəbt edən Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın 400 minlik toyu. Qeyd edək ki, gəlin toy vaxtı iki dəfə libas dəyişib.


Səhiyyə naziri Oqtay Şirəliyev ötən gün oğluna toy edib. Nazirin oğlu Kazım biznesmen ailəsi ilə qohum olub.  "Bilgah Beach Hotel”də baş tutan toyu teleaparıcı Kamilə Babayeva idarə edib. Toyda Elton Hüseynəliyev, Ədalət Şükürov və başqa müğənnilər ifa ediblər.

Mərasimdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da qonaq kimi iştirak edib. Həmçinin mərasimdə səhiyyə işçiləri və yüksək vəzifəli məmurlar, nazirlər da iştirak edib.


Qaynarinfo.Az