Maqazin 16:09 23.06.2019

Azərbaycanlı məşhurlar harada istirahət edəcək? (SİYAHI)

Yay fəsli gələn kimi hamı istirahətə can atır. Kimi xarici ölkəyə üz tutur, kimi də ölkəmizin səfalı güşələrindən birində istirahət edir. Bəs görəsən məşhurlar hansı ölkəyə üstünlük verirlər?

Qaynarinfo Lent.az-a istinadən mövzu ilə bağlı məşhurların cavablarını oxuculara təqdim edir:

Murad Dadaşov rayonların birində dincəlmək istədiyini bildirib: "TV-də bir çox işlərim var. Vaxtım yoxdur istirahət etməyə. Əgər zaman olsa rayonlarımızdan birində istirahət edəcəm. Bəlkə də yaşla bağlıdır, isti ölkələr, dəniz artıq mənə maraqlı gəlmir. Sərin, dağ ətəyi rayonlarımızda dincəlmək istəyirəm. Vaxt tapan kimi Zaqatalada və ya başqa bir rayonda dincələcəm”.

Könül Kərimova isə hələ istirahət edəcəyi yeri planlaşdırmayıb: "Klip çəkdirirəm yeni mahnım yazılır, ona görə bu dəqiqə istirahət haqqında düşünmürəm. İşlərim bitdikdən sonra yəqin ki, istirahət edəcəm”.

Kərim Abbasov Türkiyədə dincəlmək istədiyini bildirib: "Hələ dəqiq bilmirəm ancaq Türkiyədə istirahət etməyi düşünürəm. Harada dincəlsəm "İnstagram” səhifəmdə görəcəklər”.

Günay İbrahimli isə harada istirahət edəcəyinə qərar verməyib: "Yeni klip çəkdirirəm, təzə mahnılar yazılır buna görə hələ ki, ölkədəyəm. Ancaq işlərim bitdikdən sonra dincəlmək üçün mütləq başqa ölkəyə gedəcəm. Xaricdə dincəlmək istəyirəm amma hansı ölkə olacaq onu hələ bilmirəm. Konkret qərar verməmişəm”.

Roza Zərgərli də işlə başı qarışan müğənnilər sırasındadır: "İşlərimin çoxluğundan istirahəti planlaşdırmamışam. Əgər vaxtım olsa dincəlmək haqqında düşünəcəm”.

Mətanət Əsədova bildirib ki istirahət etməyə vaxtı yoxdur: "İstirahət etməyə vaxtım yoxdur. Nə istirahət? işlərim çoxdur”.

Nazilə Səfərli isə Gürcüstanda dincələcəyini deyib: "Gürcüstanda 24 sot torpaq almışam, işlərim bitən kimi həm sahəmə baş çəkmək, həm də istirahət üçün gürcüstana gedəcəm. Hələ ki, buna vaxtım yoxdur. Yay fəsli bilirsiz ki, toy sezonudur. İşi zəif olan insanlardır özləri üçün istirahət edirlər. Mənim vaxtım yoxdur istirahətə. Çox güman ki, sentyabr ayında özümə zaman ayıra biləcəm”.

Oksana Rəsulova isə artıq istirahətə yollandığını bildirib: "Hazırda tətildəyəm, Türkiyənin Antalya şəhərində istirahət edirəm. İşlərimlə bağlı bir neçə gün sonra ölkəyə qayıdacam. Həm də oğlum Osmanı qoyub gəldiyim üçün çox narahatam. Əslində çəkildiyim filmdəki obraz üçün qaralmalı idim, buna görə tək gəlməli oldum. İyul ayının sonunda filmi yekunlaşdırmalıyıq. Film bitdikdən sonra avqust ayında Osmanla birlikdə xarici ölkələrin birində yenidən istirahət edəcəm”.