Azərbaycanlı milyarder 7,2 milyard dollar itirdi... – Cəmi 26 milyard

Azərbaycanlı milyarder 7,2 milyard dollar itirdi... – Cəmi 26 milyard

Bloomberg Billionaires Index-ə (BBI) görə, ən zəngin rus iş adamlarının ümumi sərvəti 2020-ci ildə 26 milyard dollar azalıb.

Qaynarinfo xəbər verir ki, ən böyük itkiyə "Lukoil” şirkətinin ortağı Vahid Ələkbərov məruz qalıb - 7,2 milyard dollar. Beləliklə o, Rusiya milyarderlərinin reytinqdə 6-cı yerdən 8-ə düşüb.

"Norilsk Nikel”in sahiblərindən biri olan Vladimir Potaninin sərvəti də 2.95 milyard dollar azalıb.

NLMK-nin sahiblərindən Vladimir Lisinin 1,17 milyard dollar məbləğində itkisi var.

"Novatek” şirkətinin ortaq sahibi Leonid Mixelsonun kapitalı isə 5,25 milyard dollar azalıb.

"Severstal”ın ortaq sahibi Aleksey Mordaşov, SUEK və "Eurochem”in sahibkarlarından olan Andrey Melniçenko da zərər görüblər.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR