Ekonomiks 16:10 05.10.2018

Azərbaycanlı milyarder İrandan neft alışını dayandırdı

Azərbaycanlı miyarder Vahid Ələkbərovun rəhbərlik etdiyi "Lukoil" şirkəti İranla neft ticarətini dayandırıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vahid Ələkbərov jurnalistlərə açıqlamasında bildirib:
 
"İranla bağlı hüququ proses gedir. Noyabrdan sonra açıqlanacaq son qərarı gözləyirik. Bundan sonra bəzi qərarlar verəcəyik. Beynəlxalq şirkət olduğumuz üçün böyük risklər mövcuddur və hər hansı yanlışlığa yol verməməliyik".

Qeyd edək ki, ABŞ İrandan neft almağı qeyri-qanuni elan edən sanksiya qərarı qəbul edib.

Gülşən