Dünya 11:59 11.10.2017

Azərbaycanlı milyarder oğlunu varis etmədi

Bu gün Rusiyada “Lukoyl” üçün daxili rəqabətdə, eləcə də Qərb ölkələrinin sanksiyalarına görə risklər mövcuddur.

"Qaynarinfo" axar.az-a istinadən xəbər verir ki, bunu "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov “Blumberq TV”yə müsahibəsində söyləyib.

Ələkbərovun sözlərinə görə, “Rosneft” şirkətinin rəhbəri İqor Seçinin “Lukoyl” şirkətini alması barədə ehtimallar onu narahat etmir:

"Mən bu gün bu haqda narahat deyiləm. Yaxın 3-5 ildə şirkətin rəhbəri vəzifəsində qalmağı planlaşdırıram. Çünki Rusiyada riskləri dəf etmək daha asandır. Təbii ki, mən varisim barədə düşünürəm. Ümid edirəm ki, həyatımın işini davam etdirəcək o şəxs layiqli namizəd olacaq. Lakin o mənim oğlum olmayacaq. Çünki bu iş çox ağırdır. Lakin oğlum bu biznesdə qalacaq".

Qaynarinfo.Az