Ölkə 18:06 28.03.2018

Azərbaycanlı milyarderin qızıl dirəkləri oğurlandı

Azərbaycanlı iş adamı Telman İsmayılova məxsus Antaliyanın Kundu bölgəsində yerləşən "Mardan Palace" oteli oğruların hədəfinə çevirilib.

Qaynarinfo Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir ki, 2010-cu ildə "Dünyanın ən lüks hoteli” seçilən oteldə oğurluq hadisəsi baş verib. Belə ki, oğrular otelin qızılı rəngə boyanmış 10 dirəyini oğurlayıblar. 

Hotelin qarətə məruz qalması təhlükəsizlik işçilərinin işdən çıxarılması ilə əlaqələndirilib.

Qeyd edək ki, sözügedən otelin dirəkləri bir müddət öncə də oğurlanmışdı. Həmin vaxt polis oğruları yaxalaya bilmişdi. 

Onu da qeyd edək ki, 2009-cu ildə açılışı olan "Mardan Palace” otelinin tikintisinə 1.4 milyard dollar xərclənib. 

Aydın