Video 12:41 20.10.2018

Azərbaycanlı MMA döyüşündə rusiyalıya qalib gəldi (VİDEO)

Azərbaycanın və "Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.
 
Qaynarinfo xəbər verir ki, idmançımız "Fight Night Global 90” çərçivəsinə qüvvəsini sınayıb. 24 yaşlı təmsilçimiz Rusiyanın paytaxtı Moskvadakı "MOİK Arena”da keçirilən yarışda Mixail Qoqitidze ilə üz-üzə gəlib. Yüngül çəki dərəcəsində baş tutan döyüş Abbasovun rusiyalı rəqibi üzərində qələbəsi ilə başa çatıb.

Bu, Nərimanın karyerasında 23-cü qələbə olub. İndiyədək 27 döyüş keçirən idmançımız yalnız 4 dəfə məğlubiyyətlə üzləşib. Nəriman bu turnir çərçivəsində isə 18-ci qələbəsini qazanıb. O, bu döyüşədək bu turnirin reytinqində IV yerdə idi.