Video 12:41 30.11.2021

Azərbaycanlı modeldən keçmiş ərinə: "Oğlumuz sənin öldüyünü düşünür" (VİDEO)

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva keçmiş əri Tolqa Kareldən danışıb.

Türkiyədə yayımlanan "2 sayfa" proqramına qatılan model efirdən keçmiş ərinə səslənərək onu övladı ilə əlaqə saxlamağa çağırıb:

"Cahangir atasının kim olduğunu bilmir. Adını, soyadını bilmir. Uşaqlar ondan soruşub ki, atan haradadır? O da "buludların üzərində gülümsəyir" deyərək cavab verib.

Tolqa, oğlumuz sənin öldüyünü düşünür. Ayda bir dəfə ona zəng edib varlığını göstər. Səndən heç nə gözləmirik. Məni axtarma, Cahangirin köməkçisi var, ona zəng et. Pul, heç nə istəmirik.

Oğluma "necəsən" deməsi, Cahangirin onun varlığını bilməsi bəsdir".

Musayeva Tolganın valideynlərinin də nəvələrini görmək istəmədiyini bildirib.

Xatırladaq ki, Günayla Tolqa 2015-ci ildə ayrılıb. Onların Cihangir adlı bir övladı var. Tolqa Günaydan ayrıldıqdan sonra yenidən ailə həyatı qurub. Hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan aktyor tez-tez həyat yoldaşı və övladı ilə görüntülərini yayımlayır.  /BAKU.WS