Foto 13:42 05.02.2019

Azərbaycanlı “Moskviç”i 181 min manata satır (FOTOLAR)

Rusiyanın avto.ru saytında qeyri-adi qiymətə "Moskviç” markalı avtomobil elanı yerləşdirilib. 

Qaynarinfo oxu.az-a istinadən məlumatına görə, hazırda Azərbaycanda qeydiyyatda olan "50-BF-908” dövlət qeydiyyat nişanlı avtomobil yeddi milyon rubla (təxminən 181 min AZN) satılır. 

Afiq adlı elan sahibinin sözlərinə görə, 1500 kubmetr mühərrik gücünə sahib avtomobildən dünyada bir ədəddir. İdman avtomobili seriyasına daxil olan maşın "rus mumiyası” adını alıb. Bu adı isə maşına şəxsən SSRİ Kommunist Partiyasının baş katibi Leonid Brejnev verib. Buna səbəb isə avtomobilin heç vaxt paslanmayacağına tam zəmanət verilməsidir. 

Avtomobilin hazırlanması üçün üç zavodun mexanikləri tərəfindən razılıq verilib. 

1979-cu ildə istehsala buraxılan avtomobil 40 il ərzində cəmi 30 min kilometr məsafə qət edib.