Foto 11:09 30.03.2018

Azərbaycanlı müğənni 500 min manata avtomobil aldı (FOTOLAR)

Tanınmış müğənni Zamiq Hüseynov özünə yeni avtomobil alıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, ifaçının yeni maşını "Mercedes”in "S Class 600” modelinin "Maybach” versiyasıdır.

Ölkəmizdə az adamın istifadə etdiyi bu avtomobilin qiyməti isə təxminən 500 min manatdır.

Qeyd edək ki, Zamiq bir neçə ildir "Jeep”in "Wrangler Rubicon” modelini sürürdü.