Maqazin 14:35 11.12.2021

Afət Fərmanqızı: “50 min boynumdakı brilyant boyunbağının qiymətidir…" (VIDEO)

"Paltarım mənə hədiyədir, Azərbaycanda tikilib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Afət Fərmanqızı efirə geyib çıxdığı 50 min manatlıq paltarından danışarkən deyib.
 
Sənətçi hətta paltarın parçasının hansı ölkənin istehsalı olduğundan belə xəbərsiz olduğunu bildirib:

"Bilmirəm, bəlkə də Tovuz istehsalıdır. 50 min manat boynumdakı brilyant boyunbağının qiymətidir".

Qeyd edək ki, müğənni Afət Fərmanqızı bu dəfə bahalı geyimi ilə gündəmə gəlib.  Onun efirə geyindiyi boz rəngli brilyant qaşlarla bəzədilən paltarının 50 min manata aldığı bildirilib. 

Bahar Rüstəmli