Video 22:10 03.11.2018

Azərbaycanlı müğənni Çelentano ilə duet oxudu (VİDEO)

Ukraynanın "Qolos” yarışması ilə məşhurlaşan müğənni Vaqif Nağıyev dünya şöhrətli ifaçı və aktyor Adriano Çelentano ilə duet oxuyub.

Oxu.Az xəbər verir ki, 80 yaşlı ifaçı ilə eyni səhnəni bölüşən Vaqif bu barədə sosial media hesabında məlumat verib.

Onlar birlikdə italyan dilində mahnı ifa ediblər.

Müğənnilərin dueti sosial şəbəkə istifadəçilərinin ürəyindən olub. Belə ki, onlar rəy bölməsində Vaqifə tərif yağdırıblar və ifanı bəyəndiklərini yazıblar.